Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək

Avropa İttifaqı Ukraynaya 35 milyard avroya qədər kredit verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə  Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın hücumlarının dayanmaması Ukraynanın Aİ-nin daimi dəstəyinə ehtiyacı olduğunu göstərir.

“Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək. Bu, Aİ-nin Ukraynanın yenidən qurulmasına daha bir mühüm töhfəsidir”, – deyə fon der Leyen yazıb.

 

 

 

Şəbnəm

Gununsesi.info