Avropa İttifaqı yenidən HƏMAS-a çağırış etdi

Avropa İttifaqı HƏMAS-ı əcnəbi girovları azad etməyə çağırıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano bildirib.
O qeyd edib ki, Aİ-də HƏMAS-ın girovluğunda olan əcnəbilərin sayı barədə məlumat yoxdur:
“Bütün girovların azad edilməsi çağırışı Avropa İttifaqı tərəfindən bir neçə dəfə, o cümlədən çərşənbə axşamı Avropa İttifaqı və Körfəz ölkələrinin Əməkdaşlıq Şurasının iclasında təkrarlanıb. Bu mövzu tərəfdaşlarımız və Aİ ölkələri ilə təmaslarımızın diqqət mərkəzində qalır”.
Stano qeyd edib ki, xarici girovların konkret sayına, eləcə də konkret ölkələrin gördüyü tədbirlərə gəlincə, bu barədə həmin ölkələrə müraciət etmək lazımdır.
Gununsesi.info