Avropa İttifaqından Ankaraya Rusiya mesajı: Ticarət əlaqələrimiz çox vacibdir, lakin sanksiyaları pozmamaqda ciddiyik

  • By admin
  • 25 Oktyabr 2022 10:55

Avropa İttifaqının genişlənmə məsələləri üzrə  komissarı Oliver Varhelyi oktyabrın 26-28-də Türkiyədə danışıqlar aparacaq.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, Varhelinin təmaslarında iki mühüm məsələ-  Rusiyaya qarşı sanksiyalar və Aİ-Türkiyə iqtisadi əməkdaşlığı olacaq.

Bu arada Aİ mənbələrinə görə, Brüssel “Türkiyə ilə münasibətlərimizi balanslaşdırmalıyıq. Onun iki ölçüsü var. Bu, “birincisi Türkiyə ilə mövcud iqtisadi əlaqələrimizin nə qədər əhəmiyyətli olduğu, digəri isə sanksiyaların pozulmasına qarşı əlimizdən gələni etməkdə nə qədər ciddi olduğumuzu çatdırmaqdır” prinsipini Türkiyə üçün əsas götürüb.

 

AB mənbələri “Rusiyaya qarşı sanksiyaların qırılması məsələsinin təəssüf ki, uzun müddət gündəmdə qalacağını” qiymətləndirərkən, Türkiyə ilə Rusiya arasında müharibənin başladığı 24 fevraldan bu yana əhəmiyyətli dərəcədə artan ticarət dövriyyəsinə diqqət çəkirlər.

Brüsselin məlumatına görə, Türkiyənin Rusiya ilə ticarət əlaqələri avqustun 6-dan əvvəl və sonra olduğu kimi iki yerə bölünüb. Avqustun 6-da Türkiyə və Rusiya prezidentləri Soçidə görüş keçirib və ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə açıqlanmayan anlaşma memorandumu imzalayıblar.

Aİ diplomatik mənbələrinə görə, bu tarixdən sonra türk şirkətlərinin Rusiya şirkətləri ilə qazanc və fərdi şəkildə əməkdaşlığı “dövlət siyasətinə” çevrilib. Ticarət həcminin 100% artması ilə yanaşı, 2022-ci ildə Türkiyədə 600-ə yaxın rus şirkətinin qurulması bu artan trafiki göstərir. Rəqəmlər göstərir ki, 2021-ci ildə Türkiyəyə gələn Rusiya şirkətlərinin sayı 60-a yaxındır.

Mərkəz Bankının qeydlərinə görə, Rusiyalı iş adamlarının Türkiyədə tez-tez görünməsi ilə izah edilə bilməyən 28,3 milyard AB dollarının qaynağı Brüsselin narahatlıqları arasındadır.

Aİ diplomatik qaynaqları fevralın 24-dən sonra Rusiyadan Türkiyə banklarına nə qədər əmanət köçürüldüyü ilə bağlı məlumatlara malik olmadıqlarını, lakin bunun ciddi nisbətlərdə olduğunu düşünürlər.

 

Tərcümə: P.Həşimli

Gununsesi.info