Avropa İttifaqından Azərbaycan qazı ilə bağlı önəmli açıqlama

  • By admin
  • 06 Yanvar 2021 18:23

Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan qazının Avropaya nəqlini yaxşı xəbər adlandırıb.

 

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, Aİ Komissarı bu barədə “Twitter”də bildirib.

“İlə başlamaq üçün yaxşı xəbər! Artıq TAP boru kəməri Azərbaycandan Avropaya təbii qaz nəql etməyə başlayıb. Cənub Qaz Dəhlizi hazırda fəaliyyət göstərir və biz onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaqda çox maraqlıyıq”, – deyə O. Varhelyi qeyd edib. 

Gununsesi.org