
Avropa İttifaqının (Aİ) müvafiq qurumları payız və qış aylarında tənəffüs yollarını hədəf alan COVID-19, qrip və Respirator Sinsitial Virusun (RSV) birlikdə baş verəcəyi ilə bağlı xəbərdarlıq edib və peyvənd etməyi tövsiyə edib.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə Avropa Mərkəzi (ECDC) və Avropa Dərman Agentliyi (EMA) payız-qış dövrünün başlanması münasibətilə birgə mətbuat konfransı keçirib.
ECDC direktoru Andrea Ammon, tənəffüs yollarını hədəf alan üç virusun, COVID-19, qrip və RSV-nin yaxın aylarda birlikdə görüləcəyini söyləyib.
Ammon vurğulayıb ki, hər üç virusa uyğunlaşdırılmış peyvəndlər bazarda mövcuddur və onları həyata keçirmək üçün doğru vaxt “indi”dir.
EMA direktoru Emer Cooke, 60 yaşdan yuxarı insanlar, yeni doğulmuş uşaqlar və uşaqlar üçün iki yeni RNT tərkibli COVID-19 peyvəndinin təsdiqləndiyini bildirib: “Yaxşı xəbər odur ki, əvvəlki illərə nisbətən daha yaxşı hazırlaşırıq Avropa vətəndaşlarını qorumaq üçün effektiv peyvəndlər və müalicələr mövcuddur”.
Cooke COVID-19 və qrip peyvəndini birlikdə tətbiq etməyin mümkün olduğuna diqqət çəkib.
Bu ay EMA Pfizer/BioNTech-in Cominarte və Moderna-nın Spikevax peyvəndlərini COVID-19-un yeni variantlarına uyğun olaraq tövsiyə etib. Aİ Komissiyası da “Cominarte”nin istifadəsini təsdiqləyib.
EMA-nın vaksinlərlə bağlı qərarları məsləhət xarakteri daşıyır. Aİ Komissiyası peyvəndlərin Aİ daxilində istifadəsini təsdiqləyir. EMA-nın COVID-19 peyvəndləri ilə bağlı tövsiyələri adətən qısa müddətdə Aİ Komissiyası tərəfindən təsdiqlənir.
Səid Əhmədli
Gununsesi.info