Avropa İttifaqından dünyanın ən böyük almaz istehsalçısına qarşı SANKSİYA

  • By admin
  • 03 Yanvar 2024 16:25

Avropa İttifaqı (Aİ) dünyanın ən böyük almaz istehsalçılarından biri olan “Alrosa” şirkətinə və şirkətin baş direktoru Pavel Alekseviç Marinçevə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Gununusesi.info xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel bildirib.

Aİ-nin almaz qadağası dekabr ayında oxşar qadağanı elan edən G7 ölkələri ilə koordinasiya əsasında həyata keçirilir.

Samksiyalar barədə məlumat yayan Britaniya xəbər agentliyi “Reuters” “Alrosa”nın məsələ ilə bağlı açıqlama vermədiyini açıqlayıb.

Gununusesi.info