Avropa İttifaqından hakimiyyətə çağırış - TOFİQ YAQUBLUNUN İŞİNƏ YENİDƏN BAXILSIN

  • By admin
  • 06 Sentyabr 2020 10:11

Avropa İttifaqı Azərbaycanı öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat katibi Tofiq Yaqublunun barəsində məhkəmə hökmü ilə bağlı bildirib.

“Sentyabrın 3-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dörd il üç ay həbs cəzasına məhkum edilib. Həbs və məhkəmə prosesi müddətində lazımi prosedurun olub-olmamasına dair ciddi suallar var. Avropa İttifaqı Respublikaçı Alternativ Partiyasının (ReAl) dövlət qeydiyyatından keçməsini alqışlasa da cənab Yaqubluya qarşı məhkəmə hökmü hakimiyyətin hər kəs üçün siyasi azadlıqları qorumaq və artırmaq öhdəliyi ilə bağlı suallar doğurur”, – Aİ-nin məlumatında deyilir.

 

 

Gununsesi.info