Avropa İttifaqından Navalnının ölümünə görə SANKSİYA: 30-a yaxın şəxs və təşkilata…

  • By admin
  • 19 Mart 2024 09:34

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel  Avropa İttifaqına üzv nazirlərin Aleksey Navalnının ölümünə görə “məsuliyyət daşıyanlara” sanksiya tətbiq etmək qərarına gəldiyi açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Borrel həm Aİ, həm də ABŞ-ın Ukrayna üçün “təcili addım atmalı” olduğunu vurğulayaraq, bunun “Transatlantik birlik çox vacib” olduğunu deyib.

Görüşə videokonfrans vasitəsilə qatılan Ukrayna xarici işlər naziri Dmitro Kulebadan müharibədəki son hadisələrlə bağlı məlumat aldıqlarını ifadə edən Borrel görüşdə Ukraynaya dəstəyin artırılması ilə bağlı qərarların alındığını bildirib.

Borrel bildirib ki, bunlardan birincisi, Ukraynaya hərbi yardım üçün istifadə olunan “Avropa Sülh Fondu” 5 milyard avro artırılmalıdır, ikincisi isə Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qərardır.

Nazirlərin Navalnının “ölümündə məsul olan 30-a yaxın şəxs və təşkilata” sanksiya tətbiq etmək barədə razılığa gəldiklərini bildirən Borrel sözügedən şəxslərin və qurumların adlarını açıqlamayıb.

Borrel toplantıda Rusiyanın dondurulmuş aktivlərinin də gündəmdə olduğunu qeyd edərək, üzv ölkələrin bu varlıqlardan Ukraynaya hərbi dəstəyi artırmaq üçün istifadə edilməsinə “güclü dəstək” olduğunu qeyd edib.

 

Gununsesi.info