Avropa İttifaqından Ukraynaya 5 milyard avro dəstək

  • By admin
  • 14 Mart 2024 09:09

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiya ilə vuruşan Ukraynaya hərbi yardım üçün istifadə olunan fondun 5 milyard avro artırılmasına prinsipial razılaşdıqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Aİ-nin dönəm sədrliyini həyata keçirən Belçikanın sosial mediada etdiyi paylaşımda “Avropa Sülh Fondu” adlı maliyyə fondunda islahat qərarının verildiyi bildirilib.

Məlumata görə, Aİ-yə üzv ölkələr islahatlar çərçivəsində Ukraynaya hərbi yardım üçün istifadə olunan fondun 5 milyard avro artırılmasına prinsipial razılıq veriblər.

Məlumatda deyilir ki, “Aİ Ukraynaya daimi dəstək vermək və ölkənin özünü müdafiə etməsi üçün lazım olan hərbi texnikanı təmin etməkdə qərarlıdır”.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrel Aİ ölkələrinin razılaşdığı Ukraynaya yardım fondu çərçivəsində Ukraynaya hərbi dəstəyin daha 5 milyard avro artırılacağına diqqət çəkib.

“Mesaj aydındır: biz Ukraynaya qalib gəlmək üçün nə lazımdırsa onu dəstəkləyəcəyik”, – Borrell deyib.

 

Gununsesi.info