Avropa İttifaqının 13-cü sanksiyalar paketi: Siyahıya Hindistan, Çin və Türkiyə şirkətləri daxildir

  • By admin
  • 21 Fevral 2024 17:09

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri tərəfindən əvvəllər razılaşdırılan 13-cü sanksiyalar paketinə üç Çin şirkəti daxildir. Bundan əlavə, ilk dəfə olaraq Hindistan və Türkiyə hüquqi şəxsləri, Aİ-nin öz işgüzar dairələrinə hər hansı əlaqəni qadağan edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Brüsselin “Euractiv” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni məhdudiyyətlər Çinin 3 şirkətinə şamil edilir və onlar Avropa bizneslərinin əlaqə saxlaması qadağan edilən firma və müəssisələrin siyahısına əlavə olunacaq. Bu şirkətlər Ukraynada döyüş meydanında istifadə edildiyi hipotetik həssas texnologiyaların Rusiyaya verilməsində ittiham olunur.

Rusiya hərbi-sənaye kompleksinəqadağan olunmuş mal və texnologiyalara çıxış əldə etməyə kömək etdiyi bildirilən Hindistan və Türkiyə şirkətlərinə qarşı ilk dəfə olaraq ticarət məhdudiyyətləri tətbiq ediləcək.

Bundan əlavə, yeni məhdudiyyətlər çərçivəsində viza qadağası tətbiq olunacaq və KXDR-in müdafiə naziri Kanq Sun Namın aktivləri Rusiyaya ballistik raketlərin tədarükünə görə dondurulacaq.

Portalın məlumatına görə, 13-cü paket həmçinin Rusiyaya hərbi sistemlər üçün bir sıra növ elektron çiplərin və girokompasların tədarükünə qadağaları nəzərdə tutur.

Məlumata görə, bu sanksiyaların Aİ Şurasında rəsmi təsdiqi üçün yazılı prosedur fevralın 24-dək başa çatacaq, bundan sonra icma dərhal 14-cü paket üzərində işə başlayacaq.

Gununsesi.info