Dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün çox mühüm hadisə baş verib. “İranda yaşayan 30 milyon azərbaycanlı bir xalq olaraq təhlükədədir. Rejim onların “farslaşdırılması” siyasətini aparır”.
Gununsesi.info bildirir ki, bu sözlər Avropa İttifaqı parlamentinin 9 üzvünün Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali təmsilçisi Cozep Borrellə müraciətində yazılıb.
Avropa Parlamentinin deputatları Avropa İttifaqı rəhbərliyini İranda yaşayan 30 milyon azərbaycanlının hüquqlarını müdafiə etməyə çağırıb. Avropalı deputatların məktubunda Avropa İttifaqı rəhbərliyindən İranda yaşayan azərbaycanlılara qarşı diskriminasiyaların dayandırılması üçün təsirli tədbirlər görülməsi istənilib.
Gununsesi.info