Avropa İttifaqının Bakı təmsilçiliyi yanvar hadisələri ilə bağlı bəyanat yaydı

  • By admin
  • 20 Yanvar 2021 16:25

Bu hüznlü gündə Avropa İttifaqının (Aİ) nümayəndəliyi Azərbaycan xalqı ilə birgə Qara Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.

Gununsesi.org -un məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: “Faciəvi hadisələr daha yaxşı gələcək üçün sülh və humanizmin dəstəklənməsinin zərurətini vurğulayır. Yanvar hadisələrinin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığımızı ifadə edirik”.

Gununsesi.org