Avropa İttifaqı (Aİ) 26 üzvünün iştirakı ilə Qəzzada “dərhal humanitar atəşkəs” elan edilməsinə və İsraili Rəfaha hücum etməməyə çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel rəhbərlik etdiyi Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verib.
Borrel bildirib ki, 26 üzv ölkənin konsensusu ilə Qəzzada “davamlı atəşkəsə gətirib çıxaracaq təcili humanitar fasilə” çağırışına razılaşıblar.
Çağırışın yekdilliklə qəbul edilmədiyi üçün “Aİ bəyanatı” kimi nitelik daşımadığını bildirən Borrel İttifaqın əksəriyyətinin fikrini ifadə etdiyi üçün bunun hələ də vacib olduğunu bildirib.
Borrel hansı ölkənin çağırışda iştirak etmədiyini açıqlamasa da, görüşdə iştirak edən mənbələrdən bu ölkənin Macarıstan olduğu öyrənilib.
Digər tərəfdən, Aİ dönəm sədri Belçikanın təşəbbüsü ilə İsrailə mülki əhalinin sığındığı Rəfah şəhərinə hücum etməmə çağırışı edilib.
Belçikanın xarici işlər naziri Hadja Lahbib mövzu ilə bağlı açıqlamasında bunları qeyd edib:
“Biz daimi atəşkəsin, bütün əsirlərin qeyd-şərtsiz azad edilməsinin və humanitar yardımın verilməsinin zəruriliyini bildiririk”.
Gununsesi.info