Avropa İttifaqının liderləri Ukraynada - VİDEO

  • By admin
  • 02 Fevral 2023 23:17

Avropa İttifaqı (Aİ) liderləri cümə axşamı Ukrayna xalqına dəstək mesajı ilə Kyivə gedib.

Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyen Tvitter hesabında bu barədə yazıb.

HTML tutorial

“Biz həmişə olduğu kimi Avropa İttifaqının Ukraynanın olduğundan da möhkəm dəstəklədiyini göstərmək üçün buradayıq. Dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün”.

 

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell də deyib ki, nümayəndə heyəti Kyivə Aİ-nin “ölkəsini müdafiə edən bütün ukraynalılara ən güclü dəstək mesajını” çatdırmaq üçün gəlib. O, Aİ Rusiya müharibəni başlayandan bəri Ukraynanın yanındadır və “qələbə qazanmaq və ölkənizi yenidən qurmaq üçün sizinlə olacaq” deyə, əlavə edib.

Avropa İttifaqı və Ukrayna liderləri təşkilatın münaqişəyə reaksiyasını, yenidənqurma və yardım səylərini, qlobal ərzaq təhlükəsizliyini və Ukraynanın Aİ-yə daxil olmaq üçün müraciətini müzakirə etmək üçün cümə günü keçiriləcək sammitdə görüşəcəklər.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü gecə etdiyi çıxışında deyib ki, Rusiya fevralın 24-ü, müharibənin birinci ildönümündə döyüş meydanında bəzi uğurlar qazandığını göstərməyə çalışır.

“Belə bir şəraitdə biz xüsusilə birləşməli, əsasən də milli maraqlara diqqət yetirməli və daha möhkəm olmalıyıq. Əminəm ki, biz belə də qalacağıq” – deyə Zelenski bildirib.

O, Rusiyanın Ukraynanın şərqində hücumlarını artırdığını qeyd edərək, vəziyyətin “daha da ağırlaşdığını” deyib.


Tərcümə:

Mais