Avropa İttifaqının səfiri həbsdəki jurnalist xanımların qandallanmasına etiraz etdi

  • By admin
  • 17 Yanvar 2024 00:19

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mikalko həbs edilən jurnalist xanımların məhkəməyə gətirilərkən əllərinin qandallanmasına etiraz edib. 

Gununsesi.info bildirir ki, avropalı diplomat gördüyü mənzərədən dəhşətə gəldiyini bəyan edib.

Səfir  bəyanatında deyib:

Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də məhkəmə zallarında əlləri qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insan ehtiyaclarından məhrum edilən gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftara məruz qalması xəbərləri məni dəhşətə gətirdi.

Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var.

 

Gununsesi.info