Avropa İttifaqının sərhədə missiya göndərməsi Putini qıcıqlandırıb - LAVROV DEYİR Kİ...

  • By admin
  • 13 Oktyabr 2022 12:18

Qarabağ məsələsinin birdəfəlik həlli, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanması üçün Avropa İttifaqının təşəbbüsü, bu məsələdə səmimi mövqeyi Rusiyanı narahat edib.

Son görüşdə Avropa İttifaqının iki ölkənin sərhədinə missiya göndərməsi barədə bəyanatdan sonra Rusiya da özünü bu prosesdə görmək istəyir.

HTML tutorial

Ancaq sirr deyil ki, Rusiya heç zaman bu münaqişənin birdəfəlik həlli üçün çalışmayıb.

Gununsesi.info bildirir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dünən – oktyabrın 12-də ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib ki,Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Azərbaycanla sərhədinə müşahidəçilər göndərməyə hazırdır.