Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ilk dəfə Kiyevdə bir araya gələcək.
Gununsesi.info xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borrell bu barədə X (keçmiş Twitter) sosial şəbəkələrindəki səhifəsində məlumat verib.
“Ukraynanın gələcəyi Aİ daxilindədir”, – Borrell yazıb.
Qeyri-rəsmi görüş başlamazdan əvvəl Aİ Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynanın paytaxtında Borrel və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə mətbuat konfransı keçirib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, nazirlər hərbi münaqişə ilə bağlı son vəziyyəti və Ukraynaya göstərilən dəstəyi müzakirə edəcəklər.
“Avropa İttifaqına üzv olan bütün dövlətlərin nazirləri Kiyevdə toplaşaraq Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını nümayiş etdirdilər”, – Borrell bildirib.
Jurnalistin ABŞ-ın müvəqqəti büdcəsində Ukraynaya hərbi yardım nəzərdə tutulmadığı ilə bağlı sualını cavablandıran Borrell, “Bu müharibənin bütün dünya üçün dərin nəticələri var. “Bəlkə də dünyada hamı bunu belə görmür, lakin biz, avropalılar üçün bu müharibə ekzistensial təhlükədir”, – Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
Borrell qeyd edib ki, Amerika rəsmiləri ilə görüşərkən onların Ukraynaya dəstəyini davam etdirmək istəyini görüb. “Əminəm ki, bu qərara yenidən baxılacaq”, – deyə Borrell yekunlaşdırıb.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 19-da Kiyevdə baş tutacaq, lakin təhlükəsizlik baxımından heç bir təfərrüat açıqlamayıb.
Səid Əhmədli
Gununsesi.info