Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü ilk dəfə olaraq Kiyevdə keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.
O, görüşün yaxın həftələrdə baş tutacağını qeyd edib.
“Biz mümkün qədər çox BMT üzvü tərəfindən sülh formuluna dəstəyin təmin edilməsi üçün Ukrayna ilə işi davam etdirmək niyyətindəyik. Bu məqsədlə Aİ-nin bütün xarici işlər nazirləri öz tərəfdaşları ilə intensiv təmasları davam etdirəcəklər”, – deyə siyasətçi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı avropalı nazirlər Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini müzakirə ediblər.
Diplomat Ukraynadakı müharibəni dayandırmaq üçün hər cür səy göstərməyə çağırıb. “İnsanlar hər gün ölür. Bu nə qədər tez başa çatsa, bir o qədər çox qurbanlardan qaçınacaq”, – Aİ diplomatiyasının rəhbəri bildirib.
Səid Əhmədli
Gununsesi.info