Avropa Komissiyası Böyük Britaniyadan “Brexit”lə bağlı təklif gözləyir - BƏS, BU BAŞ VERƏCƏK Mİ?

  • By admin
  • 16 Sentyabr 2019 21:41

Avropa Komissiyası (AK) “Brexit”dən sonrakı dövr üçün İrlandiya – Böyük Britaniya sərhədinə dair rəsmi Londondan konkret təkliflər gözləyir və belə təklifləri araşdırmağa hazırdır.

Gununsesi.org xəbər verir ki, bu barədə AK-nın bəyanatında bildirilir.

HTML tutorial

Qeyd olunub ki, AK-nın prezidenti Jan-Klod Yunkerlə Böyük Britaniyanın baş naziri Boris Conson “Brexit”ə dair texniki danışıqların mövcud vəziyyətini və sonrakı addımlarını müzakirə ediblər.

“J.K.Yunker Böyük Britaniyanın ayrılma sazişi ilə uzlaşa biləcək, hüquqi cəhətdən mötəbər (İrlandiya sərhədilə bağlı – red.) bir qərar ortaya qoymaq üçün məsuliyyət daşıdığını xatırladıb. Prezident Yunker əvvəlki kimi təkliflərin “backstop” məqsədlərinə uyğunluğu məsələsini araşdırmağa hazır olduqlarını vurğulayıb. Belə təkliflər hələlik gəlməyib”, – deyə bəyanatda göstərilir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqı üzvlüyünü oktyabrın 31-də tərk etməlidir.