“Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 117 milyon avro ayırıb” – Erik Mamer

  • By arzu
  • 12 May 2020 18:24

Avropa Komissiyası koronavirus pandemiyası ilə mübarizə üzrə 8 iri layihənin maliyyələşdirilməsinə 117 milyon avro vəsait ayırıb.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer deyib.

Qeyd olunur ki, həmin layələrdən beşi yeni diaqnostika imkanlarının hazırlanmasına, üçü isə müalicə üsullarının tədqiqinə həsr olunub. Layihə çərçivəsində ev şəraitində, maksimum 40 dəqiqə ərzində yüksək dəqiqliklə diaqnoz qoya bilən testlərin hazırlanması nəzərdə tutulur.

Bu layihələrdə ümumilikdə 94 təşkilat, o cümlədən universitetlər, özəl və dövlət tədqiqat strukturları, əczaçılıq şirkətləri iştirak edir.

Gununsesi.org