Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladı

  • By admin
  • 19 Dekabr 2023 08:15

Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladığını elan edib.

Gununsesi.info xəbər verir ki, araşdırma ötən il Avropa İttifaqında qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı çərçivəsində aparılır.

Bura “X”in qeyri-qanuni məzmunun silinməsi tələblərini pozub-pozmadığı, həmçinin şirkətin platformada manipulyasiya və dezinformasiya ilə mübarizədə kifayət qədər iş görüb-görmədiyi daxildir.

KİV-in məlumatına görə, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra aktuallıq qazanıb. Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, sosial şəbəkə Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunur.

Gununsesi.info