Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis martın 8-də Ukraynaya gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Rusiyanın qəddar və qeyri-qanuni təcavüzünə qarşı cəsarətlə mübarizə aparan Ukraynaya qayıtmaq, həmçinin Avropa İttifaqına güclü dəstəyimizi bir daha ifadə etmək böyük şərəfdir. Ukrayna və onun xalqı, Kremlin nə düşünməsindən asılı olmayaraq, artıq öz aydın seçimini edib. Onların gələcəyi Avropadadır”, – deyə o qeyd edib.
Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova Dombrovskisi salamlayaraq, bu əlamətdar gündə onu yenidən Kiyevdə salamlamaqdan şad olduğunu bildirib.
Gununsesi.info