Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas İrəvana gedib.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb.
Onun sözlərinə görə, AK-nın vitse-prezidenti Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Danışıqlar zamanı Avropa-Ermənistan tərəfdaşlığının gücləndirilməsi, həmçinin Avropa və Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması məsələsi müzakirə olunacaq.
Gununsesi.info