Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində qrup lideri kimi yarımfinala yüksəlib

  • By ilhame
  • 09 İyun 2024 15:20

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

 

Gununsesi.info-nun məlumatına görə, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

 

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub – 17:14

 

Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Gununsesi.info