Avropa liderləri Brüsseldə görüşəcək

  • By Günel
  • 13 Dekabr 2024 21:20

Almaniya, Polşa, Fransa və digər Avropa ölkələrinin liderləri dekabrın 18-də Brüsseldə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters“ mənbələrinə istinadən məlumat yayıb.

Görüşdə NATO-nun baş katibi Mark Rutte və Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi qeyd edilir.

Agentliyin məlumatına görə, görüşün əsas mövzusu Ukraynaya əlavə yardımın ayrılması olacaq.

Gununsesi.info