Avropa liderlərindən Navalnının ölümünə REAKSİYALAR

  • By admin
  • 17 Fevral 2024 10:27

Fevralın 16-da rusiyalı müxalifət lideri Aleksey Navalnının ölüm xəbəri bütün dünyada kədər və hiddətə səbəb olub.

Gununsesi.info xəbər verir ki, Latviya prezidenti Edqars Rinkeviçs Navalnının ölümünü şərh edən ilk xarici dövlət başçısı olub.

“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə, o, sadəcə olaraq Kreml tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu, faktdır və indiki Rusiya rejiminin əsl mahiyyəti haqqında bilmək lazım olan budur. Ailəsinə və dostlarına başsağlığı verirəm”, Rinkeviçs X sosial şəbəkəsində yazıb.

Almaniya kansleri Olaf Şolts Navalnının ölüm xəbərindən sarsıldığını bildirib. Onun fikrincə, Navalnının Berlindən Rusiyaya qayıtması və orada zəhərləndikdən sonra müalicə alması çox cəsarətli bir hərəkət idi. Almaniya hökumətinin başçısı Berlində keçirdiyi mətbuat konfransında deyib ki, indi Kreml tənqidçisi “bu cəsarətin əvəzini yəqin ki, həyatı ilə ödəyib”.

Almaniyanın keçmiş kansleri Angela Merkel Navalnının ölümündə Rusiya dövlətini günahlandırıb. “O, Rusiyanın repressiv dövlət hakimiyyətinin qurbanı oldu. Ölkəsinin müdafiəsinə qalxan cəsarətli, qorxmaz səsin insanlığa sığmayan üsullarla boğulması dəhşətlidir”, – deyə o bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Aleksey Navalnının ölümü ilə bağlı bütün faktların müəyyən edilməsini tələb edib. “Rusiya ciddi suallara cavab verməlidir”, – Stoltenberq bildirib. O əlavə edib ki, “Aleksey Navalnı uzun illərdir ki, azadlıq və demokratiya üçün güclü səs olub”.

“Aleksey Navalnının ölüm xəbərini dərindən sarsıtdı və kədərləndirdi. Putin öz xalqının narazılığından başqa heç nədən qorxmur. Putin və onun rejiminin nəyi təmsil etdiyinə dair acı xatırlatmadır. Gəlin onların azadlığı və təhlükəsizliyi üçün mübarizədə birləşək” – Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Avropa Şurasının prezidenti Şarl Mişel bu ölümə görə məsuliyyətin Rusiya rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb. “Aleksey Navalnı azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə aparıb. O, öz idealları uğrunda ən böyük qurbanı verib. Aİ bu faciəli ölümə görə yalnız Rusiya rejiminin məsuliyyət daşıydığını bildirir. Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Və bütün dünyada ən qaranlıq şəraitdə demokratiya uğrunda mübarizə aparanlara. Savaşçılar ölür. Amma azadlıq uğrunda mübarizə heç vaxt bitmir”, – Mişel X sosial şəbəkədə yazıb.

Gununsesi.info