Avropa Liqası: “Neftçi” – “Qalatasaray” cütünün rəqibi bəlli oldu

  • By admin
  • 17 Sentyabr 2020 20:11

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniyanın “Renova” klubunu 1:0 hesabı ilə məğlub edən Xorvatiya “Hayduk”u növbəti mərhələyə yüksəlib.

Gununsesi.info-nun məlumatına görə, komanda növbəti raundda “Neftçi” – “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

III təsnifat mərhələsi sentyabrın 24-də olacaq. “Hayduk”la yanaşı, Kipr APOEL-i və Norveç “Rusenborq”u da mərhələ adlayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.

 

 

Gununsesi.info