Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Gununsesi.info xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Son çempion püşkatmaya ikinci səbətdə qatılacaq.
Avropa Liqası
Qrup mərhələsinin püşkatması
I səbət: “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya), “Roma”, “Atalanta” (hər ikisi İtaliya), “Bayer” (Almaniya), “Ayaks” (Niderland), “Reyncers” (Şotlandiya)
II səbət: “Betis” (İspaniya), “Marsel”, “Renn” (hər ikisi Fransa) “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), LASK (Avstriya), “Slaviya” (Çexiya), “Qarabağ” (Azərbaycan)
III səbət: “Brayton” (İngiltərə), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Molde” (Norveç), “Yunion” (Belçika), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya), “Şerif” (Moldova)
IV səbət: “Tuluza” (Fransa), “Panatinaikos”, AEK (hər ikisi Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Hakken” (İsveçrə).