Avropa Liqasının finalı azarkeşlərlə keçirilə bilər

  • By admin
  • 28 Aprel 2021 20:07

Polşa hökuməti Avropa Liqasının finalına azarkeşlərin buraxılması istiqamətində UEFA ilə birgə plan hazırlayır.

Gununsesi.info “Daily Mail”ə istinadla xəbər verir ki, mayın 26-da Qdansk şəhərində keçiriləcək görüşə 10 min tamaşaçı buraxıla bilər. Bu isə “Enerqa Qdansk” stadionunun ümumi tutumunun 25 faizi deməkdir. Rəsmi açıqlamanın aprelin 30-da veriləcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Liqasının finalında “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) və “Vilyarreal” (İspaniya) – “Arsenal” (İngiltərə) cütlərinin qalibləri qarşılaşacaq. Yarışın son qalibi ötənilki finalda İtaliya “İnter”inə 3:2 hesabı ilə qalib gəlmiş İspaniya “Sevilya”sı olub. Turnirin ən titullu komandası 6 dəfə kuboku qazanmış “Sevilya”dır.

Gununsesi.info