Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

  • By admin
  • 19 May 2019 10:41

UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır.

Gununsesi.org  xəbər verir ki, bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb.
Kubok Avropa Liqasının səfiri olan portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.

Kubok mayın 18-də Bakıya gətirilərək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.