Avropa Liqasının oyunu koronavirus səbəbindən təxirə salındı

  • By admin
  • 27 Avqust 2020 19:35

UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.

UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.