
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 10 yekun qərardadını elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.
X.Aöalıyev bildirib ki, onların arasında Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun da ərizəsi var.
Hüquqşünasın sözlərinə görə, “bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək”.
Gununsesi.info