Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

  • By admin
  • 18 Yanvar 2024 16:02

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 8 iş üzrə qərarlarını elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil, Demokratiya ve İnsan Huquqlari Resurs Mərkəzinin rəhbəri, Əsabəli Mustafayev məlumat yayıb.

Vəkil qeyd edib ki, onlardan aşağıdakı 5 iş 2017-ci ilə aiddir və kommunikasiyaları 2019-cu ildə yekunlaşıb. Bu işlər üzrə ərizəçilər Həsənov İslam Rüstəm oğlu, Həsənov Samir Rüstəm oğlu, Məmmədov İlqar Məmmədəli oğlu, Məmmədzadə Amil Xanlar oğlu, Müzəffərov Vasif Haqverdi oğlunun işləridir.
Ə.Mustafayevin sözlərinə görə, siyahıdakı ilk 2 ərizəçi qardaşdırlar. “Onlar və 3-ci ərizəçi tutulan zaman Şəki şəhərində yaşayırdılar. Məhkəmə qərarı ilə qardaşların hər biri barədə 20 gün müddətinə inzibatı həbs, İlqar barəsində 200 manat cərimə tətbiq olunub. Bakı sakinləri olan 4 və 5-ci ərizəçilərin hər biri inzibati qaydada 30 gün müddətinə azadlıqdan məhrum olunublar. Ərizəçilərin hamısa tətbiq olunan ittihamlar oxşardır (xırda xuliqanlıq, polisin qanuni tələbinə əməl etməmək)”, – deyə o əlavə edib.
O qeyd edib ki, kompensasiyalar hər iş üçün mənəvi zərərə görə 1000 avro, hüquqi yardıma görə 250 avro (bu səbəbdən işlər üzrə kommunikasiya aparılması sərf etmir) ödənilməlidir.
Vəkil bildirib ki, siyahıda digər 2 ərizəçi – Hacıyev Eldəniz və Abdullayev Salman inanclı insanlardır. “Onlar qanunsuz dini yığıncağın təşkilində təqsirli bilinərək hər biri 1500 manat cərimə olunublar Avropa Məhkəməsinin qərarı ilə onların hər birinə 4400 avro kompensasiya ödəniləcək. Siyahıda sonuncu ərizəçi hamının yaxşı tanıdığı Tofiq Məmmədovdur. Bu iş onun 2019-cu ildə 10 gün müddətinə inzibati qaydada həbs olunması ilə bağlıdır. Qərara görə ərizəçiyə 2850 avro kompensasiya ödənilməlidir”, – deyə vəkil bildirib.
Gununsesi.info