Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin şikayəti üzrə qərar elan edib.
Məhkəmədən Gununsesi.info-ya göndərilən qərarda Hacıyevin şikayəti təmin olunub.
Qərarda konvensiyanın 5-ci maddəsinin pozuntusu tanınıb.
Qərarda qeyd olunur ki, Hacıyevin həbsi qanunsuz olub və barəsindəki həbsqətimkan tədbirinin müddətinin artırılması əsassız olub.
Hökumət buna görə Hacıyevə 3500 avro təzminat ödəyəcək.
Qeyd edək ki, Cahangir Hacıyevin məhkəmədə hüquqlarını tanınmış vəkil Aqil Layic müdafiə edib.
Gununsesi.info