Avropa Məhkəməsi İlqar Məmmədovla baglı daha bir qərarını elan edəcək

  • By admin
  • 30 Oktyabr 2017 19:15

“Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə olan REAL lideri İlqar Məmmədovla bağlı daha bir qəarını elan edəcək”.

Bu barədə Gununsesi.info-ya vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, noyabrın 16-da elan ediləcək qərar Məmmədovun ikinci ərizəsi üzrədir: “İkinci ərizə cinayət işinə baxan Şəki ağır cinayətlər, apellyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının kobud pozulması ilə bağlıdır. Orada İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Konvensiyanın 6, 13, 14, 17 və 18-c maddələrinin pozulması barədə məsələlər qaldırılıb”.

Gununsesi.info