Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Gürcüstana və Azərbaycana qarşı iddianı udub.
Bu barədə Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, Gürcüstan oğurlama, amansız rəftar və qanunsuz olaraq Azərbaycana göndərmə haqqında işdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrini pozub.
Eyni zamanda, məhkəmə Azərbaycanın Konvensiyanın 5 (3) (azadlıq və şəxsi toxunulmazlıq hüququ), həmçinin 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələri pozduğunu müəyyən edib.
AİHM Muxtarlıya mənəvi ziyana görə təzminat və məhkəmə xərcləri qismində Gürcüstan hökumətinin 12 500 avro, Azərbaycan hökumətinin isə 8500 avro ödəməli olduğu barədə qərar çıxarıb.
29 may 2017-ci il tarixində Tbilisinin mərkəzində onu oğurlayıblar, əl-ayağını bağlayıblar, döyüblər və başına torba keçirərək maşına mindiriblər. Onu bu vəziyyətdə sərhədə gətiriblər və Bakı nümayəndələrinə təhvil veriblər.
2020-ci ilin martında Əfqan Muxtarlı sərbəst buraxılıb və Almaniyaya gedib.
Gürcüstan hakimiyyəti Muxtarlının oğurlanmasında iştirak etdiyini etdiyini inkar edib. Bununla belə, bu hadisədən sonra Gürcüstanda əks-kəşfiyyat və sərhəd xidmətinin rəhbərləri vəzifədən azad edilib.
Elmar
Gununsesi.info