Avropa Məhkəməsi məşhur vəkilin şikayətini təmin etdi- XALİD BAĞIROVUN KOLLEGİYADAN ÇIXARILMASI QANUNSUZ OLUB

Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 25-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.

Media Hüquqları İnstitutunun təmsilçisi Xalid Ağaəliyevin Gununsesi.org-a verdiyi məlumata görə, qərar hüquqşunas Xalid Bağırovun vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra isə onun vəkillik fəaliyyətinə ümumiyyətlə xitam verilməsi ilə əlaqəlidir:
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında X.Bağırovun iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb. Məhkəmə hesab edib ki, X.Bağırova münasibətdə Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti Vəkillər Kollegiyasının cəzalandırdığı hüquqçuya buna görə 18 min avro təzminat ödəməlidir.
Ətraflı bilgiyə keçid şərhdə.

Avropa Məhkəməsi: Xalid Bağırovun kollegiyadan çıxarılması qanunsuz olub

Gununsesi.org