Avropa Məhkəməsi öz reqlamentinin 39-cu Qayda-sına və onun təlimatına dəyişiklikləri təsdiq edib.
Gununsesi.info xəbər verir ki, martın 28-dən qüvvəyə minən yeni tənzimləmələr yarım ildən artıq idi ki, tərəflər arsında müzakirə edilirdi.
39-cu Qayda müvəqqəti tədbirlərin tətbiqi ilə bağlıdır. Məhkəmə müstəsna hallarda şikayətçilər barəsində hər hansı bir müvəqqəti tədbirin görülməli olmasına qərar verə bilər.
Məsələn: ərizəçinin müalicəyə alınması, başqa ölkəyə verilməmə, hansısa tikilinin sökülməsi qərarının icrasının dayandırlması, məcburi hərbi xidmətə göndərilmənin önlənməsi, həbsdə olan ərizəçinin azadlığa buraxılmasının təmin edilməsi, siyasi partiyanın buraxılmasının qarşısının alınması və sair.
Müvəqqəti tədbirlərin tətbiqi haqda qərarlar Avropa Konvensiyasında nəzərdə tutulmuş hər hansı hüquqa yönəlik bərpa oluna bilməyən zərər risqi mövcud olduğu durumlarda qəbul edilir.
Gununsesi.info