Avropa Məhkəməsi ölkədən çıxışına qadağa qoyulanlarla bağlı kommunikasiya başlayıb

  • By admin
  • 02 Oktyabr 2017 14:00

avropamehkemesi
Avropa Məhkəməsi 2012-2016-cı illərdə ölkədən çıxışına qoyulan qadağalardan 11 ərizəçi tərəfindən verilən şikayətlər üzrə də kommunikasiya başlayıb.

Gununsesi.info-ya bu haqda məlumat verən vəkil Fariz Namazlının sözlərinə görə, bu ərizəçilər sırasında Aynurə İmranova, Gülər Mehdizadə, Rövşanə Rəhimova, Aytən Ələkbərova (Fərhadova), Aynurə Heydərova, İzolda Ağayeva, Əminə Hacıyeva (C. Hacıyevin bacısı), Ənnağı Hacıbəyli, Azad Mürsəliyev (Elşad Abdullayevin bacısı oğlu), Azər Qasımlı, Dilarə Vəliyeva var:

“Avropa Məhkəməsi Konvensiyaya 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı), həmin maddə ilə birlikdə götürülməklə 13 (səmərəli müdafiə vasitəsinin olmaması) və əlavə olaraq Ə.Hacıbəylinin şikayəti üzrə 8 (özəl həyata müdaxilə) maddəsinin pozuntusunun olub olmaması ilə bağlı Hökümətə suallar ünvanlayıb. Azərbaycan höküməti 17 yanvar 2018-ci ilə qədər suallara cavab verməlidir”.

Gülnaz Qənbərli 

Gununsesi.info