Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə prioritet baxacaq

“Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq professor Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib”.

Bunu Gununsesi.info-ya açıqlamasında həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul deyib.

Onun sözlərinə görə, işə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır.

“Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından (hakimiyyətindən) başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır.

Qardaşımın tezliklə azadlığa qovuşmasına ümidlərimiz artır”.

Elmar

Gununsesi.info