
Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun sağlıq durumu ilə bağlı şikayətini təmin edib.
Avropa Məhkəməsindən Gununsesi.info-ya göndərilən məlumata görə, 20 sentyabr 2023-cü ildə növbətçi məhkəmə aşağıdakı qərarı qəbul edib.
1. 39-cu qaydaya uyğun olaraq Azərbaycan hökuməti hansı tezlikdə müayinələrin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən aşağdakı məsələləri araşdırsın:
I. Aortanın anevrizmanın tipinin müəyyənləşdirilməsi;
II. Müayinələrin hansı tezlikdə aparılması (məsələn, kompüter tomoqrafiyası, ültrasəs müayinəsi və digər müayinələr);
III. Aortanın genişlənməsi faktının müəyyənləşdirilməsi;
IV. Aortanın kökünün hansı sürətlə böyüməsi;
V. Hər hansı digər faktorların mövcudluğu (aortanın mövcud vəziyyəti, yaş, irsi anamnez, xəstəkik tarixçəsi, iltihab və ya genetik əsaslı infreksiyalar və sair).
Məhkəmə jökumətin üzərinə bundan sonra aparılan müayinələrin nəticələri, Qubad İbadoğlunun səhhəti və müalicəsi barədə Avropa Məhkəməsini məlumatlandırmaq vəzifəsini qoyub.
Tərəflərin diqqətinə çatdırılır ki, 39-cu qaydada göstərilən tədbirlərə əməl olunmaması Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacaqdır.
Elmar
Gununsesi.info