Avropa Məhkəməsi Rauf Mirqədirova görə Türkiyə və Azərbaycanı cərimələdi

Rauf Mirqədirovun Azərbaycan və Türkiyəyə qarşı şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı elan olunub.
Bu barədə Gununsesi.info-ya vəkil Fuad Ağayev bildirib.
Onun sözlərinə görə, qərara əsasən Mirqədirovun həbsi üçün əsaslı şübhənin mövcud olmaması (Konvensiyanın 5 § 1 maddəsi), onun məhkəmə qərarı olmadan həbsdə saxlanılması (eyni maddə), yerli məhkəmələrin onun azad edilməsini əsaslandıran dəlilləri qiymətləndirməmələri (Konvensiyanın 5 § 4 maddəsi), təqsirsizlik prezumpsiyasının (Konvensiyanın 6 § 2 maddəsi), şəxsi həyat və ailə həyatına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) pozulması müəyyən edilib: “20000 Avro məbləğində təzminat müəyyən edilib”.

Nəcəf
Gununsesi.info