Avropa Məhkəməsi Rusiyanı 3 mln. dollar cərimələdi

  • By admin
  • 13 Aprel 2017 16:21

unnamed (5)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2004-ci ildə Şimali Osetiyanın Beslan şəhərində baş verən terror hadisəsi ilə bağlı qərarını elan edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Beslan hadisəsi zamanı ölən və sağ qalanların ailələrinə 3 milyon dollardan artıq təzminat ödəmək barədə qərar qəbul edib.

Belə ki, 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya üzrə xüsusi təyinatlıları Beslanda məktəbliləri terroçularda azad etmək üçün əməliyyat keçirib. Nəticədə əməliyyyat uğursuzluqla başa çatıb, 330 nəfər dünyasını dəyişib. Rusiya bu işdə ciddi səhvlərə yol verib.

Xatırladaq ki, 2004-cü il sentyabrın 1-də bir qrup silahlı Şimali Osetiyanın Beslan şəhərində məktəbə hücum edərək 1128 nəfəri girov götürüb. Hadisədən iki gün sonra Rusiya xüsusi təyinatlıları girovların azad edilməsi istiqamətində əməliyyat keçirib. Həmin əməliyyat uğursuzluqla başa çatıb.

Anar

Gununsesi.info