Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı növbəti dəfə cərimələyib.
Bu barədə Gununsesi.info-ya tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.
Onun sözləronə görə, nümayəndəsi olduğu 13 iş üzrə Avropa Məhkəməsi qərarlarını elan edib:
“Bu işlərin hamısı sərbəst toplaşma və qanunsuz həbslər ilə bağlı idi və qısadılmış prosedur qaydasında baxıldı.
Qərara görə mənəvi zərərə və hüquqi xidmətə görə 12 iş üçün 2850 avro, aşağıda sonda sadalanmış 1 iş üçün 4150 avro kompensasiya ödəniləcək.
Ərizəçilər aşağıdakılardır: Salayev Zamin, İskəndərli Səhlədar, Nağıyev Mehdi ,İslamov Ceyhun ,Əmirov Kamran ,Fətullayev İntiqam, Rüstəmli Sahib,Zeynallı Tofiq ,Fətiyev Balamirzə, Babayev Adil ,Ələkbərov Şaiq, Qəhrəmanlı Əliqulu və Həsənli Həsəndir”.
Gununsesi.info