Avropa Məhkəməsi Taleh Bağırzadənin işi üzrə kommunikasiya başlayıb - HÖKUMƏTƏ SUALLAR GÖNDƏRİLİB

  • By admin
  • 05 Yanvar 2023 23:07

Avropa İnsan Məhkəməsi Müsəlman Birliyi Hərəkətının lideri Hacı Taleh Bağırovun 2015-ci ilin 26 noyabr tarixində həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin və həbsdə saxlama müddətinin uzadılmasının qanunsuzluğundan verdiyi şikayət üzrə kommunikasiya başlayıb.

Bu barədə Gununsesi.info-nun elektron poçtuna Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda bildirilir.

Məlumatda bildirirlir ki, ərizəçi, həmçinin Nəsimi rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində həbs qətimkan tədbiri ilə bağlı müraciətlərə baxarkən metal qəfəsdə saxlanmasından və həbs edilərkən onun barəsində hüquq mühafizə orqanlarının verdiyi bəyanatdan şikayət edib:

Məhkəmə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ), 5.3 (azadlıq hüququ) və 6.2 (təqsirsizlik prezumpsiyası) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı tərəflərə suallar göndərib” deyə açıqlamada bildirilir.

Günay Təhməzova

Gununsesi.info