
“Avqustun 1-də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya dair 15 saylı protokol qüvvəyə minir. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi müddəti qısaldılır”.
Bu sözləri Gununsesi.info-ya Azərbaycanın tanınmış vəkillərindən biri olan Fuad Ağayev söyləyib.
Onun sözlərinə görə, yeni qüvvəyə minən protokola görə, ölkədaxili yekun qərarın çıxarılmasından artıq altı yox, dörd ay ərzində şikayət göndərilməlidir.
Gununsesi.info