Avropa Məhkəməsinin sədri dəyişdi

  • By admin
  • 01 Aprel 2019 21:58

Avropa İnsan Haqları Məhkəməsinə yeni sədr seçilib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni sədr yunanıstanlı Linos-Aleksandr Sitsilianos olub.

Bu barədə Strasburq məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilir.

 Sitsilianosun səlahiyyət müddəti mayın 5-dən başlayacaq 2020-ci ilin mayınadək davam edəcək. O, 2011-ci ilin mayından AİHM-də hakim işləyir.

Qeyd edək ki, Sitsilianos İtaliyadan Qvido Raymondini əvəz edib.