
Azərbaycan hükumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı təyin olunan təzminatın ödənilməməsi barədə Gununsesi.info-nun bir müddət əvvəl yazdığı xəbər təsdiqini tapıb.
Belə ki, tanınmış vəkil Cavad Cavadov özünün sosial şəbəkə hesabında bu barədə yazıb:
“Avropa İnsan Hüquqları Məhkəməsinin son dövrlər qəbul edilmiş qərarları ilə bağlı edilməli olan ödənişlərlə bağlı mənə müraciət edən çoxsaylı müvəkillərimə burdan cavab verirəm: ödənişlərin nə zaman ediləcəyi məlum deyil. Frank Şvabeyə çox sağ ol deyin. Ola bilər ki, ödənişlər ümumiyyətlə olmasın”.
Gununsesi.info