Avropa Məhkəməsi Azərbaycan və Ermənistan qarşısında suallar qoydu -APREL DÖYÜŞLƏRİ İLƏ BAĞLI

  • By admin
  • 29 İyul 2019 12:26

2016-cı ilin aprel döyüşləri zamanı atəş zonasında yaşayan şəxslərin şikayəti üzrə Avropa Məhkəməsi 4 iş üzrə kommunikasiyaya başlayıb.

Bu barədə Gununsesi.org– a vəkil Fariz Namazlı bildirib.

Onun sözlırinə görə, 2 iş Ermənistana qarşı (Allahverdiyev və Aliyev), 2 iş də Azərbaycana qarşı (Ohanyan və Hakopyan). Onlar qarşı tərəfin açdığı atəş nəticəsində əmlaklarına zərər vurulduğunu, həyatlarının təhlükəyə atıltığını, effektiv müdafiə vasitəsinin olmadığını və bu hadisənin onların etnik və milli mənsubiyyətinə görə baş verdiyini bildiriblər. Avropa Məhkəməsi hər iki dövlət qarşısında aşağıdakı sualları qoyub:

1. Ərizəçilərin göstərdikləri faktlar həmin ölkənin yurisdiksiyasına düşürmü?

2. Konvensiyanın 13-cü maddəsinə əsasən onların şikayət etməsi üçün effektiv müdafiə vasitələri olubmu?

3. Onların Konvensiyanın 2-ci maddəsi ilə təminat verilən yaşamaq hüququ pozulubmu, xüsusən- (a) güc qüvvələri Konvensiya və ya beynəlxalq humanitar hüquqa uyğun davranıblarmı? (b) Tərəflər 2016-cı ilin aprel ayında hansı növ silahlardan istifadə ediblər? (c) Konkret hədəflər müəyyən olunmuşdumu? Ərizəçilərin əmlakı həmin hədəflərdə yerləşirdimi? (d) Hərbi əməliyyatlar zamanı mülki əhaliyə zərər vurulmasının qarşısının alınması üçün hər hansı tədbir görülmüşdümü?

4.Ərizəçilərin Konvensiyanın 3-cü maddəsi ilə qorunan işgəncəyə məruz qalmamaq hüququ hərbi əməliyyatlar nəticəsində pozulubmu?

5. Ərizəçilərin Konvensiyanın 8-ci maddəsi ilə qorunan ailə həyatına və mənzilə hörmət hüququ pozulubmu və onlar bu əməliyyatlar nəticəsində evini hansı müddətə tərk ediblər?

6. Onların mülkiyyət hüququ pozulubmu?

7. Ərizəçilər Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulan etnik, milli ayrı-seçkiliyə məruz qalıblarmı?

Gununsesi.org