Avropa Məhkəməsi Azərbaycanı cərimələdi - MTN -nin qanunsuz əməliyyatına görə

  • By admin
  • 18 Fevral 2021 17:52

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatı ilə həbs edilən NİDA hərəkatının üzvlri Məmməd Əzizov və Şahin Novruzlunun şikayətləri (məhkəməyə qədər həbsin qanunsuzluğu ilə bağlı) üzrə qərarını elan edib.
Gununsesi.info AİHM-nin saytına istinadən xəbər verir ki, məhkəmə şikayətdə əks olunan olunan pozuntuları tanıyıb.
Qərara görə, ərizəçilərə münasibətdə Konvensiyanın 5-ci və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43500 avro təzminat ödəməlidir.

Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə;
Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə;

AİHM Qəniyeva və başqa 17 nəfəri Azərbaycana qarşı və Feyzov A.na qarşı işi üzrə də yekun qərarlarını elan edib, iddia olunan pozuntuları tanıyıb. Həmin qərarlar üzrə hökumət ümumilikdə 200 min avrodan artıq təzminat ödəməlidir.

Gununsesi.info